Bank Of Baku

MSK mart ayından başlayaraq seçki komissiyalarının üzvləri üçün kurslar təşkil edəcək

MSK mart ayından başlayaraq seçki komissiyalarının üzvləri üçün kurslar təşkil edəcək
# 28 fevral 2007 14:06 (UTC +04:00)
Ölkə prezidentinin imzaladığı “İnsan hüquqları üzrə fəaliyyət proqramı”nın yerinə yetirilməsi ilə bağlı mart ayından Mərkəzi Seçki Komissiyası (MSK) seçki komissiyalarının üzvləri üçün kurslara başlayacaq. Bu barədə APA-ya MSK-nın üzvü Qabil Orucov məlumat verib. Onun sözlərinə görə, artıq kursların keçirilməsi üçün işçi qrupunda proqram hazırlanıb, mövzular müəyyənləşib və məruzəçilər ayrılıb. MSK-nın növbəti iclasında proqramın təsdiq olunacağını bildirən Q. Orucov bundan sonra kursların fəaliyyətə başlayacağını qeyd edib. Kurslar paytaxtda təşkil olunacaq və bütün seçki komissiyalarının üzvləri iştirak edəcək. Kursların müddətinin konkret müəyyənləşdirilmədiyini vurğulayan Q. Orucov bunun davamlı olacağını qeyd edib. Seçicilərin bu kurslara cəlb olunmayacağını bildirən MSK üzvü fəaliyyət proqramının yerinə yetirilməsi istiqamətində qurumun KİV-də iş aparacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR