Bank Of Baku

Azərbaycanın Tiflisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Azərbaycanın Tiflisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
# 28 fevral 2007 14:24 (UTC +04:00)
Bu gün “Mənim Gürcüstanım” adlı siyasi hərəkatın üzvləri Azərbaycanın Tiflisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiya iştirakçıları David Qareci monastr kompleksinin Azərbaycan ərazisində olan hissəsinin Azərbaycana güzəştə gedilməsi ehtimalından narahatlıqlarını bildiriblər. Hərəkatın liderlərindən olan Levan Qudadze deyib ki, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini konkret bildirməlidir: “Gürcüstan ərazisinə, tarixi abidələrə iddia irəli sürmək, onların ətrafındakı əraziləri qeyri-qanuni zəbt etmək Gürcüstan-Azərbaycan münasibətlərinə çox neqativ təsir göstərəcək”. “Mənim Gürcüstanım” hərəkatı məsələ ilə bağlı etiraz aksiyalarını davam etdirmək fikrindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR