Bank Of Baku

Bir qrup Xocalı sakini “Gündəlik Azərbaycan” qəzetinin redaksiyası önündə etiraz aksiyası keçirib

Bir qrup Xocalı sakini “Gündəlik Azərbaycan” qəzetinin redaksiyası önündə etiraz aksiyası keçirib
# 28 fevral 2007 14:53 (UTC +04:00)
Bu gün bir qrup Xocalı sakini “Gündəlik Azərbaycan” qəzetinin redaksiyası önündə etiraz aksiyası keçirib. Qəzetdən APA-ya verilən məlumata görə, əllərində “Eynulla Fətullayev daşnak agentidir!”, “Eynulla Fətullayev Azərbaycan vətəndaşlığından çıxarılmalıdır!”, “Xocalı soyqırımının səbəbkarları məhkəmədə cavab verməlidir!” və digər şüarların yazıldığı plakatlar olan təxminən 70-80 nəfər redaksiyanın qarşısında toplaşıb. Aksiya iştirakçıları qətnaməni oxuduqdan sonra redaksiyanın binasını yumurta atəşinə tutublar. Nəticədə qəzetin ofisinin iki pəncərəsi sınıb. Polisin hadisə yerinə gəlməsi ilə aksiya başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR