Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Astananın baş planı ilə tanış olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Astananın baş planı ilə tanış olub
# 28 fevral 2007 15:19 (UTC +04:00)
Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Astananın inkişafı ilə tanış olub, “Astana-Genplan” Dövlət Müəssisəsinə baş çəkib. XİN Mətbuat və İnformasiya İdarəsinin birinci katibi Xəzər İbrahim APA-ya bildirib ki, bu gün nazir, həmçinin, Prezident Mədəniyyət Mərkəzinin ekspozisiyaları və Sülh və Həmrəylik Sarayı ilə tanış olub, Azərbaycanın Qazaxıstandakı səfirliyinə baş çəkib. Elmar Məmmədyarov bu axşam Bakıya qayıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR