Bank Of Baku

Hacı Hacıağa Nuri: “Yəqin ki, prezident seçkisində AQB-nin öz namizədi olacaq”

Hacı Hacıağa Nuri: “Yəqin ki, prezident seçkisində AQB-nin öz namizədi olacaq”
# 28 fevral 2007 15:25 (UTC +04:00)
Azərbaycançı Qüvvələr Birliyi formatını dəyişməyi düşünür. Bu barədə APA-ya Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri məlumat verib. O bildirib ki, AQB-nin siyasi birlik kimi fəaliyyət göstərməsi haqda təkliflər irəli sürülsə də, qəbul edilməyib. Hacıağa Nuri hələlik qurumun fəaliyyətini seçki bloku şəklində davam etdirəcəyini vurğulayıb: “Yəqin ki, prezident seçkisində AQB-nin öz namizədi olacaq. Bu baxımdan AQB-nin seçki bloku kimi fəaliyyətini davam etdirməsi daha uğurlu ola bilər”. H. Nuri maydan sonra blokun siyasi fəallığını artıracağını söyləyib: “Blokda təmsil olunan İslam, Birlik və Xalq Dirçəliş partiyaları bu formatda əməkdaşlıqlarını davam etdirəcəklər. Yaxın vaxtlarda isə quruma yeni qüvvələrin daxil edilməsi nəzərdə tutulub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR