Bank Of Baku

AXCP sədri Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

AXCP sədri Norveçin Azərbaycandakı səfiri ilə görüşüb
# 28 fevral 2007 15:34 (UTC +04:00)
Bu gün AXCP sədri Əli Kərimli Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Yon Ramberqlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə partiyanın keçmiş və indiki fəaliyyəti barədə səfirə məlumat verilib. Həmçinin, ölkədəki mövcud ictimai-siyasi vəziyyət, son illərdə keçirilmiş seçkilər, söz və mətbuat azadlığının, insan haqlarının vəziyyəti, ölkənin Avroatlantik məkana inteqrasiyasının perspektivi müzakirə olunub. Öz növbəsində, Norveç səfiri bildirib ki, Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi ölkəsinin maraqlarına uyğundur. Diplomat Norveçin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR