Bank Of Baku

Vəkil Osman Kazımov Ruslan Bəşirli ilə görüşüb

Vəkil Osman Kazımov Ruslan Bəşirli ilə görüşüb
# 28 fevral 2007 15:46 (UTC +04:00)
Vəkil Osman Kazımov hazırda 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli ilə görüşüb. Bu barədə APA-ya məlumat verən O. Kazımovun sözlərinə görə, görüşdə əsas məqsəd son günlər mətbuatda R. Bəşirlinin həbsxanada döyülməsi, “kars”a salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilməsi və martın 13-də Ali Məhkəmədə vəkillərin kasasiya şikayəti əsasında keçiriləcək iclasla əlaqədar olub. O. Kazımov hərəkat sədrinin, həqiqətən də, “kars”da salındığını, bunun kiçik mübahisəyə görə baş verdiyini deyib. 2-3 günə R. Bəşirlinin “kars”dan çıxacağını deyən vəkil bildirib ki, onun səhhətinin normal olsa da, ciddi başağrıları var. Vəkil R. Bəşirlinin həkim müayinəsinə və müalicəyə ehtiyacı olduğunu da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR