Bank Of Baku

BMT baş katibinin köməkçisinin Azərbaycana səfəri başlayır

BMT baş katibinin köməkçisinin Azərbaycana səfəri başlayır
# 01 mart 2007 08:03 (UTC +04:00)
BMT İP-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu, səlahiyyətlərinin icrasına 2007-ci il fevralın 1-dən başlayan xanım Udoviçkinin yeni vəzifədə ölkəyə ilk səfəridir. Səfər martın 4-dək davam edəcək. Missiya çərçivəsində qonağın yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə BMT İP-nin gələcəkdə Azərbaycana dəstəyinin gücləndirilməsi, xüsusilə Azərbaycan hökumətinin “qara qızılın insan qızılına çevrilməsi” sahəsində göstərilən səylərinə BMT İP-nın verə biləcəyi töhfələr və ölkədə Minilliyin İnkişaf Məqsədlərinə nail olunması yolları müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR