Bank Of Baku

General Ergin Sayqun: “Azərbaycan Silahlı Qüvvələri qısa zamanda daha çox nailiyyət əldə edəcək”

General Ergin Sayqun: “Azərbaycan Silahlı Qüvvələri qısa zamanda daha çox nailiyyət əldə edəcək”
# 01 mart 2007 09:06 (UTC +04:00)
APA-nın məlumatına görə, general E. Sayqun Azərbaycanda keçirdiyi görüşlərin nəticələrindən razı qaldığını bildirib: “Mənim buradakı görüşlərimin məqsədi Silahlı Qüvvələrimiz arasında əlaqələrin dəyərləndirilməsi, gələcək perspektivləri müzakirə etmək idi. Səfərim çox uğurlu keçdi”.
E. Sayqun Azərbaycan Silahlı Qüvvələrinin hazırkı vəziyyətini yüksək qiymətləndirib: “Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda daha çox nailiyyət əldə edəcək”.
Qeyd edək ki, general E. Sayqunun Azərbaycana səfəri fevralın 26-da başlayıb. Səfər müddətində o, Müdafiə Nazirliyində, Xüsusi Dövlət Mühafizə Xidmətində, Daxili Qoşunlarda, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində və Silahlı Qüvvələrin Hərbi Akademiyasında görüşlər keçirib. Generalın prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə də görüşləri olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR