Bank Of Baku

Azərbaycan Daxili Qoşunlarının zabitlərinin Türkiyənin Sülhməramlı Qüvvələrinin təlim mərkəzində təlim alması üçün müraciət edilib

Azərbaycan Daxili Qoşunlarının zabitlərinin Türkiyənin Sülhməramlı Qüvvələrinin təlim mərkəzində təlim alması üçün müraciət edilib
# 01 mart 2007 09:17 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Ergün Sayqun bu gün Daxili Qoşunların Baş İdarəsində olub. APA-nın məlumatına görə, E. Sayqun Baş İdarədə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. Sonra Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla E.Sayqun arasında təkbətək görüş keçirilib. Jurnalistlərə verdiyi açıqlamada E.Sayqun Azərbaycan Daxili Qoşunlarının Türkiyənin Jandarma Qüvvələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb: “Daxili Qoşunlar çox inkişaf edib. Dövlət rəhbərliyi tərəfindən bu qoşunlara böyük diqqət yetirilir. Biz Daxili Qoşunların hazırkı səviyyəsindən razıyıq”.
Görüşlə bağlı məlumat verən Z. Həsənov isə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdiklərini deyib: “Bu gün bizim zabitlər Türkiyənin həm jandarma, həm də Quru Qoşunları məktəblərində və hərbi akademiyalarında təhsil alırlar. Biz zabitlərimizin Türkiyənin Strateji Akademiyasında təhsil alması üçün də müraciət etmişik. General Sayqunla bu məsələləri müzakirə etdik, həmçinin Jandarma Qüvvələri zabitlərinin Daxili Qoşunlardakı fəaliyyətinin təhlilini apardıq ”.
Z. Həsənovun sözlərinə görə, görüşdə Daxili Qoşunların sülhməramlı bölüyünün hazırlanmasında Türkiyənin köməyindən istifadə məsələləri də müzakirə edilib. Z. Həsənov Türkiyənin sülhməramlı qüvvələrinin təlim mərkəzində Daxili Qoşunların zabitlərinin təlim alması üçün müraciət etdiklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR