Bank Of Baku

NATO Azərbaycan Daxili Qoşunlarının tərkibində sülhməramlı bölüyün yaradılmasına köməklik göstərəcək

NATO Azərbaycan Daxili Qoşunlarının tərkibində sülhməramlı bölüyün yaradılmasına köməklik göstərəcək
# 01 mart 2007 09:34 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov məlumat verib.
“Bu məsələ qarşılıqlı şəkildə həll olunmalıdır. Sülhməramlı bölüyün yaradılması 2008-ci ildə başa çatdırılmalıdır. Bizim tərəfimizdən bütün işlər görülüb. Bu bölük 2010-cu ildə tabora çevriləcək”, - deyə, Z. Həsənov qeyd edib.
Z. Həsənovun sözlərinə görə, NATO-nun Qiymətləndirmə Missiyası Daxili Qoşunların hazırlığını yüksək qiymətləndirilib. Fərdi Tərəfdaşlığın Fəaliyyət Planında (İPAP) Daxili Qoşunların üzərinə düşən məsələlər bütünlükdə həll olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR