Bank Of Baku

General Ergin Sayqun: “Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq konkret proqramlar üzrə davam edəcək”

General Ergin Sayqun: “Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq konkret proqramlar üzrə davam edəcək”
# 01 mart 2007 09:45 (UTC +04:00)
“Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq konkret proqramlar üzrə davam edəcək. Hazırda qarşıda duran ən önəmli məsələlərdən biri təhsil və kadr hazırlığı sahəsində əməkdaşlıqdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Ergin Sayqun verib.
E. Sayqun Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidi istiqamətində həyata keçirilən işlərlə tanış olduğunu da vurğulayıb. Generalın sözlərinə görə, qəbul edilmiş standartlar çoxdur və zaman keçdikcə, bu standartlar ayrı-ayrılıqda yerinə yetirilməlidir: “Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına keçməyi qəbul edib, artıq bu proses gedir. Zaman keçdikcə təkmilləşmələr aparılacaq. Bu keçid bir gündə həyata keçən iş deyil”. Gürcüstanda hərbi aerodromların modernləşdirilməsində iştirak edən Türkiyənin Azərbaycanda həyata keçirilən analoji layihələrdə iştirakına gəlincə, general E. Sayqun bunu istisna etməyib: “Türkiyə Azərbaycan Silahlı Qüvvələri üçün əlindən gələn köməyi göstərir. Bu kömək davam etdiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR