Bank Of Baku

Polşanın xarici işlər naziri Anna Fotıqa: “Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır”

Polşanın xarici işlər naziri Anna Fotıqa: “Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır”
# 01 mart 2007 10:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, saat yarımlıq danışıqlardan sonra brifinq keçirən E. Məmmədyarov iki ölkə XİN-ləri arasında 2007-2008-ci illərdə Avropaya inteqrasiya məsələsində əməkdaşlıq haqqında Memorandum imzalandığını bildirib. Onun sözlərinə görə, Polşa Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük maraq göstərir. İki ölkənin çox geniş və tarixi münasibətləri olduğunu vurğulayan nazir görüşdə ikitərəfli əlaqələr, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar, Avropa Birliyində gedən proseslər, Avropa Qonşuluq Siyasətinin daha da genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu açıqlayıb. A. Fotıqa isə ölkəsinin həm Avropa İttifaqına, həm də NATO-ya üzv olduğunu xatırladaraq Azərbaycanın bu strukturlara inteqrasiyasına yardım etməyə hazır olduqlarını bildirib. O, ölkəsinin enerji məsələsində Rusiyadan asılı olduğunu, bu asılılığı aradan qaldırmaq üçün Ukrayna, Azərbaycan və Qazaxıstanla danışıqlar apardığını söyləyib. A. Fotıqa İrəvanda uydurma “erməni soyqırımı” abidəsinə əklil qoymasına dair sualı cavablandıraraq deyib ki, onun ölkəsi müxtəlif qanlı hadisələrdən keçib, ona görə də harada insan qurbanlarının xatirəsinə abidə varsa, orada baş əyirlər. Xocalı soyqırımı ilə bağlı suala cavabında isə qonaq deyib ki, Polşa tarixi məqamlara böyük əhəmiyyət verir: “Tarixi həqiqət inam və etibarın əldə olunması üçün çox vacib elementdir”. A. Fotıqa hesab edir ki, tarixi danmaq olmaz. “Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsınızmı” sualına cavab verən A. Fotıqanın sözlərinə görə, Polşa Minsk Qrupunun səylərini dəstəkləyir və münaqişənin bütün beynəlxalq normalara uyğun olaraq sülh yolu ilə həllini istəyir. O, bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR