Bank Of Baku

YAP-ın 68 yerli təşkilatında hesabat-seçki konfransları keçirilib

YAP-ın 68 yerli təşkilatında hesabat-seçki konfransları keçirilib
# 01 mart 2007 10:26 (UTC +04:00)
Ötən ilin noyabrından indiyə qədər Yeni Azərbaycan Partiyasının (YAP) 68 yerli təşkilatında hesabat-seçki konfransları keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. Onun sözlərinə görə, yalnız 15 təşkilatda konfrans keçirilməyib ki, bunlar da texniki səbəblərlə bağlıdır. H. Paşayev mart ayı ərzində bu təşkilatlarda da konfransların keçiriləcəyini qeyd edib. Partiyanın 83 yerli təşkilatının olduğunu bildirən YAP təmsilçisi Nizamnaməyə əsasən hesabat-seçki konfranslarının iki ildən bir keçirildiyini qeyd edib: “Keçirilən konfranslar nəticəsində 12 rayon təşkilatının sədri dəyişib. Konfranslarda partiya rəhbərliyində təmsil olunan şəxslər və millət vəkilləri də iştirak ediblər” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR