Bank Of Baku

Eldəniz Quliyev: “ABŞ-ın çaldığı havaya oynayacaqlarsa, “Yeni Siyasət” blokunda qalmayacağam”

Eldəniz Quliyev: “ABŞ-ın çaldığı havaya oynayacaqlarsa, “Yeni Siyasət” blokunda qalmayacağam”
# 01 mart 2007 10:31 (UTC +04:00)
Yaxın günlərdə “Yeni Siyasət” bloku Koordinasiya Şurasının növbəti toplantısının keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya blokun üzvü, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, toplantıda blokun bundan sonrakı fəaliyyətinə aydınlıq gətiriləcək və konkret qərarlar qəbul olunacaq. E. Quliyev Koordinasiya Şurasının yığıncağından sonra blokdan istefa verəcəyini də istisna etməyib: “Blokun bu şəkildə fəaliyyətsiz qalacağı halda istefa verəcəyimi daha əvvəl bildirmişəm. Amma blok rəhbərliyi toplaşmadığı üçün birtərəfli qaydada belə bir addım atmaq istəmirəm. Düşünürəm ki, blok ilk növbədə siyasi proseslərdə fəal olmalıdır. Digər tərəfdən isə fəaliyyətində milli-mənəvi dəyərləri əsas götürməlidir. Əgər ABŞ-ın çaldığı havaya oynayacaqlarsa, blokda qalmayacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR