Bank Of Baku

Polşanın xarici işlər naziri Anna Fotıqa Bakı Slavyan Universitetində olub

Polşanın xarici işlər naziri Anna Fotıqa Bakı Slavyan Universitetində olub
# 01 mart 2007 11:09 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri Anna Fotıqa Bakı Slavyan Universitetinin fəaliyyəti ilə tanış olub. APA-nın məlumatına görə, görüşdə Polşanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski, Azərbaycannın Polşada səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər. Qonağı salamlayan Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ali təhsil müəssisəsi haqqında Polşa xarici siyasət idarəsinin rəhbərinə məlumat verib. Universitetdə polyakşünaslıq ixtisası üzrə 70 tələbənin təhsil aldığını deyən Kamal Abdulla Polşa universitetləri ilə BSU arasında tələbə mübadiləsi haqqında əməkdaşlıq müqaviləsi olduğunu vurğulayıb. Görüşdə çıxış edən Anna Fotıqa bu kimi tədbirlərin iki ölkənin mövqelərinin yaxınlaşmasında mühüm rol oynadığını deyib. “Azərbaycanla Polşa arasında əlaqələr getdikcə inkişaf edir. Mən bura gəlməzdən əvvəl polyak memar Pototskinin abidəsinin ziyarət etdim. Polyak memara abidə ucaldılması Polşa və Azərbaycan arasında dostluq münasibətlərindən xəbər verir”. Daha sonra qonaqlar BSU-da fəaliyyət göstərən Polşa Tədris və Mədəniyyət Mərkəzini ziyarət ediblər. BSU tələbələri xanım Fotıqaya mərkəzin fəaliyyəti haqqında polyak dilində məlumat veriblər. Məşhur polyak teleserialından mahnı ifa edən tələblərin çıxışı Polşa xarici işlər naziri tərəfindən məmnunluqla qarşılanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR