Bank Of Baku

Polşanın xarici işlər naziri Anna Fotıqa: “Polşa Azərbaycanın Avroatlantik məkana inteqrasiyası meyllərini dəstəkləyir”

Polşanın xarici işlər naziri Anna Fotıqa: “Polşa Azərbaycanın Avroatlantik məkana inteqrasiyası meyllərini dəstəkləyir”
# 01 mart 2007 11:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ilə görüşündə Polşanın xarici işlər naziri Anna Fotıqa söyləyib. Azərbaycanın Avroatlantik məkana inteqrasiya meyllərinin Polşa tərəfindən dəstəkləndiyini deyən XİN başçısı ölkəmizin bu sahədə əldə etdiyi uğurlar barədə məlumatlı olduğunu deyib. “Azərbaycanın əldə etdiyi bu möhtəşəm uğurlar münasibətilə təbrik edirəm. Bu, mənim Bakıya ilk rəsmi səfərimdir. Lakin bu qısa müddət ərzində Azərbaycanla Polşanı bir-birinə bağlayan bir çox telləri görmüşəm. Azərbaycanlı tələbələrin polyak dilini öyrənməsi də məni sevindirir. Əminəm ki, bu tələbələr iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR