Bank Of Baku

AMİP müxalifətin yeni birliyinin yaranması üçün danışıqlara başlayıb

AMİP müxalifətin yeni birliyinin yaranması üçün danışıqlara başlayıb
# 01 mart 2007 11:18 (UTC +04:00)
Bir sıra müxalifət partiyaları yeni ittifaq yaratmaq təşəbbüsü ilə danışıqlara başlayıb. Bu barədə APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov məlumat verib. Birlikdə təmsil olunacaq partiyaların nümayəndələrinin bir neçə dəfə görüş keçirdiyini, danışıqlar apardığını bildirən A. Rüstəmov qurumun nə zaman formalaşacağı ilə bağlı suala dəqiq cavab verə bilməyəcəyini deyib: “Bu, aparılan müzakirələrin nəticəsindən asılı olacaq. Həllik danışıqlar ilkin mərhələdədir. Buna görə də birlikdə təmsil olunacaq partiyalarla bağlı açıqlama vermək istəmirik”. A. Rüstəmov yeni birlikdə təmsil olunmaq üçün Müsavat Partiyası ilə də danışıqların aparıldığını qeyd edib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında müxalifət partiyalarının əməkdaşlığı və inteqrasiyası ilə bağlı mütəmadi olaraq ayrı-ayrı partiyalarla diskussiyaların aparıldığını deyib: “Amma konkret olaraq AMİP-lə bu barədə hər hansı danışıq olmayıb”. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər də rəsmi şəkildə hər hansı müzakirələrin aparılmadığını və bu barədə partiyaya müraciət edilmədiyini bildirib: “Ola bilər ki, qeyri-rəsmi danışıqlar olub. Amma mənim bu danışıqlarla bağlı məlumatım yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR