Bank Of Baku

Vilayət Quliyev: “Polşanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektiv mövqeyə malikdir”

Vilayət Quliyev: “Polşanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektiv mövqeyə malikdir”
# 01 mart 2007 11:25 (UTC +04:00)
Polşanın Avropa Birliyinin ən aktiv üzvlərindən biri olduğunu xatırladan Vilayət Quliyev xanım Fotiqanın son 15 il ərzində Azərbaycana səfər edən ilk Polşa xarici siyasət idarəsinin rəhbəri olduğunu deyib: “Bu, Polşa xarici işlər nazirinin son 15 ildə Azərbaycana ilk rəsmi səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında ikitərəfli dialoqu davam etdirmək, əməkdaşlığı genişləndirmək, ölkələrimizin mövqelərini daha da yaxınlaşdırmaqdır. Xanım Fotıqa Azərbaycana səfər etməzdən əvvəl onunla görüşümüz oldu. Mən Polşa xarici işlər nazirinə Dağlıq Qarabağ münaqişəsi haqqında materiallar verdim. Anna Fotıqanın dünən prezident İlham Əliyevlə görüşü göstərdi ki, Polşa xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektiv mövqeyə malikdir və Ermənistanın regionda destruktiv rol oynadığını bilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR