Bank Of Baku

Haluk İpək: “Türk və Azərbaycan diaspora təşkilatlarının Bakı toplantısı hər iki ölkənin milli maraqlarının müdafiəsində yeni mərhələ olacaq”

Haluk İpək: “Türk və Azərbaycan diaspora təşkilatlarının Bakı toplantısı hər iki ölkənin milli maraqlarının müdafiəsində yeni mərhələ olacaq”
# 01 mart 2007 12:03 (UTC +04:00)
“Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü və regional güc mərkəzi kimi Dağlıq Qarabağ probleminin həlli prosesini fəal və qərarlı şəkildə dəstəkləməyə davam edəcək”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin iclasındakı çıxışında Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası parlament fraksiyasının rəhbərlərindən olan Haluk İpək deyib. O, baş nazir Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında 8-9-10 mart tarixlərində Bakıda xarici ölkələrdəki türk və Azərbaycan diaspora qurumlarının birinci forumunun keçiriləcəyini xatırladaraq bu toplantının hər iki ölkənin milli maraqlarının müdafiəsində yeni mərhələ olacağını bildirib: “Bu forum azərilərin və türklərin məruz qaldıqları terror aksiyaları və kütləvi qətllər haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ortaq təbliğat işi qurulması baxımından irəli atılmış çox böyük addım olacaq. Azərbaycan və türk xalqları arasında dərin tarixi köklərə, ortaq milli mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə əsaslanan, yüzillərin ağır sınağından uğurla çıxmış qardaşlığın günümüzün sosial-siyasi tələblərinə uyğun, dostluq və qarşılıqlı əməkdaşlıq çərçivəsində davam etdirilməsinə yol açacaq yeni mərhələnin xeyirli olmasını diləyirəm”. Tarixi həqiqətləri heç kimin yalan və iftiralarla kirlədə bilməyəcəyini bəyan edən Haluk İpək Anadoluda və Qarabağda ermənilər tərəfindən qətlə yetirilmiş minlərlə soydaşımıza rəhmət diləyərək çıxışını tamamlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR