Bank Of Baku

İqdır valisi Saim Saffet Karahisarlı: “Xocalıda insanlığa qarşı cinayət törədənlərin soyqırımından danışmağa haqqı yoxdur”

İqdır valisi Saim Saffet Karahisarlı: “Xocalıda insanlığa qarşı cinayət törədənlərin soyqırımından danışmağa haqqı yoxdur”
# 01 mart 2007 12:15 (UTC +04:00)
Bu açıqlamanı APA-ya İqdır valisi Saim Saffet Karahisarlı verib. O, Mövlana Cəlaləddin Ruminin nəvələri olan türklərin heç kəsə kin və nifrət bəsləmədiyini deyib. “Amma heç kəs də bizi haqsız yerə suçlaya bilməz. İqdırda soyqırımları həyata keçirib, “vay, biz soyqırımına uğradıq” deyə çığır-bağır salmağa heç kəsin haqqı yoxdur. Əslində ermənilərə dəstək verən ölkələr bilməlidir ki, dünyada insan hüquqlarına ən çox hörmətlə yanaşan ölkə Türkiyədir. Türk milləti həmişə məzlumun haqqını müdafiə edib. Amma kiminsə dəstəyinə arxalanaraq türk xalqını soyqırımında ittiham etmək və bunu bizə qəbul etdirmək kimsənin haqqı deyil. Heç kəs türk millətinə belə böhtanlar yağdıra bilməz. Türkiyəyə qarşı soyqırımı ittihamlarının arxasında təzminat və torpaq tələbi olduğunu yaxşı bilirik. Bosniyada, Xocalıda soyqırımı törədənlərdən haqq-hesab tələb etməyənlər “Türkiyə ermənilərə qarşı soyqırımı həyata keçirdi” deyə bizi sıxışdıra bilməzlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR