Bank Of Baku

ATƏT Azərbaycanın müxtəlif nazirliklərinin əməkdaşları üçün terror əleyhinə strategiyalar və insan hüquqlarının müdafiəsi mövzusunda treninq keçirir

ATƏT Azərbaycanın müxtəlif nazirliklərinin əməkdaşları üçün terror əleyhinə strategiyalar və insan hüquqlarının müdafiəsi mövzusunda treninq keçirir
# 01 mart 2007 12:29 (UTC +04:00)
Bakıda Azərbaycanın müxtəlif nazirliklərinin əməkdaşları üçün terror əleyhinə strategiyalar və insan hüquqlarının müdafiəsi mövzusunda treninq kursları başlayıb. Bu barədə APA-ya ATƏT-in Bakı ofisindən məlumat verilib. Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Ədliyyə nazirliklərinin və Respublika Prokurorluğu əməkdaşlarının qatıldığı treninqləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları (DTİH) Bürosu ilə qurumun Bakı ofisi keçirir. Bu məqsədlə DTİH-nin ekspertləri Conatan Kuper, Syuzi Aleqre, və Kristofer Mixaelsen Bakıya gəliblər. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero treninqlərlə bağlı qısa açıqlama verib: “Biz ümid edirik ki, bu kurslar insan hüquqlarının müdafiəsinin terrorçuluqla mübarizəyə əngəl törətmədiyi, əksinə, zorakılığın baş verməməsi üçün təminat olduğuna dair anlayış və bilgiləri artıracaq”. Treninq zamanı iştirakçılar terrorçuluqla mübarizəyə dair Avropa və beynəlxalq aləmdə mövcud olan mübarizə metodları və insan hüquqlarının müdafiəsi üzrə əsas məsələlərlə, həmçinin bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi və digər beynəlxalq instansiyalarda baxışdan keçirilmiş real həyat hekayələri ilə tanış olacaqlar. Kurs sabah başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR