Bank Of Baku

Elmira Süleymanova ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero Ansolanı qəbul edib

Elmira Süleymanova ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero Ansolanı qəbul edib
# 01 mart 2007 12:39 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero Ansolanı qəbul edib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Elmira Süleymanova qonağı yeni təyinatı münasibətilə təbrik edib, onun təmsil etdiyi təşkilatın Avropa məkanında nüfuzlu qurum kimi tanındığını, öz fəaliyyətində demokratik prinsiplərə əsaslandığını, insan hüquqlarının təmini sahəsində mühüm işlər gördüyünü diqqətə çatdırıb. E. Süleymanova ölkəmizin digər öhdəliklərlə yanaşı, insan hüquqlarının təmini ilə bağlı üzərinə götürdüyü öhdəliklərin də yerinə yetirildiyini, bunların icrasının dövlət tərəfindən təmin olunduğunu vurğulayıb. O, Ombudsman Aparatının rəhbəri kimi fəaliyyət göstərdiyi müddətdə insan hüquqlarını qorunması sahəsində görülən işlər barədə qonağa məlumat verib. ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür edərək, Azərbaycan Ombudsmanının işinin olduqca məsuiliyyətli olduğunu, insan hüquqları sahəsində səmərəli fəaliyyət göstərildiyini, təsisatın keçirdiyi preventiv və hüquqi maarifləndirmə tədbirlərinin diqqəti cəlb etdiyini, təmsil etdiyi qurumun Müvəkkillə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə söz və sərbəst toplaşmaq azadlığı, seçki hüququ, gender bərabərliyi, ədalətli mühakimə, məhkəmələrlə iş, milli və dini tolerantlıq, demokratik idarəetmə mədəniyyəti, QHT-lər, vətəndaş cəmiyyəti və KİV-lə əməkdaşlıq məsələləri də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR