Bank Of Baku

Ombudsman 2006-cı il üzrə illik məruzəsini prezidentə və Milli Məclisə təqdim edib

Ombudsman 2006-cı il üzrə illik məruzəsini prezidentə və Milli Məclisə təqdim edib
# 01 mart 2007 12:44 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2006-cı il üzrə illik məruzəsini prezidentə və Milli Məclisə təqdim edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin illik məruzəsi Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurora da göndərilib. Məruzədə Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin, insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş, o cümlədən qanunvericiliyə dəyişikliklərə dair ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb.
İllik məruzə bu yaxınlarda Milli Məclisdə dinləniləcək, bundan sonra isə mətbuatda dərc ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR