Bank Of Baku

NATO Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti Ermənistanla bağlı məsələ qaldıracaq

NATO Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti Ermənistanla bağlı məsələ qaldıracaq
# 01 mart 2007 12:47 (UTC +04:00)
NATO Parlament Assambleyasının (PA) may ayında Budapeştdə keçiriləcək növbəti iclasında Azərbaycan nümayəndə heyəti Ermənistanla bağlı məsələ qaldıracaq. Bu barədə APA-ya Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat verib. Deputat iclasın gündəliyinin hələ hazır olmadığını bildirsə də, nümayəndə heyətinin Ermənistanla bağlı məsələ qaldırmaqda israrlı olduğunu vurğulayıb: “İclasda Ermənistandakı qanunsuz silahlarla bağlı məsələ qaldırmağı düşünürük. Gündəlik açıqlanandan sonra bu məsələ gündəliyə uyğun şəkildə qaldıracağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR