Bank Of Baku

Tahir Kərimli: “Müxalifətin keçmiş məmurlarla əməkdaşlıq yaratmaq cəhdləri uğursuzluqla nəticələnəcək”

Tahir Kərimli: “Müxalifətin keçmiş məmurlarla əməkdaşlıq yaratmaq cəhdləri uğursuzluqla nəticələnəcək”
# 01 mart 2007 13:53 (UTC +04:00)
“Müxalifətin regionçuluq əsasında iqtidara qarşı qrup formalaşdırmaq cəhdləri milli maraqlarımıza ziddir”. Bu sözləri APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. T. Kərimli müxalifətin keçmiş məmurlarla əməkdaşlıq yaratmaq cəhdlərini pisləyib və bunun uğursuzluqla nəticələnəcəyini deyib: “Müxalifət yaranmış vəziyyətdən istifadə edərək, bəzi keçmiş məmurlarla əməkdaşlıq qurmağa can atır. Rüşvətxorluğa qarşı mübarizə apardığını deyən müxalifət partiyalarının sədrləri regionçuluq amilindən istifadə etməklə, bu gün korrupsionerlərdən bəhrələnmək istəyirlər. Azərbaycan üçün sağalmaqda olan bu yaranın qaysağını qoparmaq dövlətçiliyə zərbədir”. O, müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Müxalifətin birliyinin yaradılması yeni fikir deyil. Bu məsələ dəfələrlə dövriyyəyə buraxılsa da, uğursuzluqla nəticələnib. Ola bilər ki, bir neçə partiya birlik formalaşdırsın, amma bu, müxalifətin güc mərkəzi ola bilməz. Çünki müxalifətin sosial bazası və cəlbediciliyi qalmayıb. Partiya rəhbərləri də bunu bilir, ona görə keçmiş məmurları öz tərəflərinə çəkməyə çalışırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR