Bank Of Baku

Siyavuş Novruzov: “Əli İnsanov çirkin siyasətlə məşğul olduğunu göstərdi”

Siyavuş Novruzov: “Əli İnsanov çirkin siyasətlə məşğul olduğunu göstərdi”
# 01 mart 2007 14:34 (UTC +04:00)
“Əli İnsanov vaxtilə Rəsul Quliyevi “siyasi SPİD”, İsa Qəmbəri “telepik xəstə”, Rauf Arifoğlunu “neandertal” adlandırırdı. Bu cür adamın indi məhkəmədə fərqli fikirlər səsləndlirməsi onun qeyri-səmimiliyini və çirkin siyasətlə məşğul olduğunu göstərir”. Bu fikirləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov keçmiş səhiyyə naziri Əli İnsanovun bu gün məhkəmədə İsa Qəmbər, Rəsul Quliyev və Rauf Arifoğlundan üzr istəməsi barədə bəyanatına münasibət bildirərkən deyib. Ə. İnsanovun YAP haqqında yalanlar danışdığını deyən S. Novruzov onun qeyri-səmimi və qeyri-düzgün olduğunu vurğulayıb: “Əli İnsanov Rəsul Quliyevi YAP-ın yaradıcılarından biri kimi təqdim edir. Bunun yalan olduğunu hamı bilir. Rəsul Quliyev 1995-ci ilin mayında, Fərhad Əliyev isə 1999-cu ildə partiyanın üzvü olub. Lalə Şövkət, Rəfael Allahverdiyev isə qiyabi olaraq partiyaya üzv yazılıb. Əli İnsanov partiyanın yaradıcılarından biri olduğunu desə də, YAP-ın Naxçıvan təşkilatının təsis konfransında iştirak etməyib. O, belə ifadələr işlətməklə ictimai fikri çaşdırmağa, cəmiyyətin diqqətini törətdiyi cinayətlərdən yayındırmağa çalışır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR