Bank Of Baku

Yaqub Abbasov Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-dən istefa verəcək

Yaqub Abbasov Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-dən istefa verəcək
# 01 mart 2007 15:17 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Yaqub Abbasov partiya sıralarından istefa vermək niyyətindədir. Bu barədə APA-ya məlumat partiyadakı mənbələrdən daxil olub. ADP-nin parçalanmasının əleyhinə olan Y. Abbasovun qurumun iclaslarında tərəfləri dəfələrlə birgə fəaliyyət göstərməyə çağırdığı bildirilib. Bununla bağlı o, TK sədri Rəsul Quliyevlə, həmçinin, partiyanın digər hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun tərəfdarları ilə də danışıqlar aparıb. Amma tərəflər onun təkliflərini müsbət reaksiya verməyiblər. Mənbənin sözlərinə görə, Y. Abbasov Təşkilat Komitəsinin son iclasında da bu təşəbbüslə çıxış edib və ADP-nin parçalanacağı halda, partiyadan gedəcəyini deyib.
Yaqub Abbasov isə APA-ya açıqlamasında verilən məlumatı nə təsdiq, nə də təkzib edib. Hələlik bununla bağlı mətbuata açıqlama vermək niyyətində olmadığını deyən partiya üzvü tələsik addım atmaq niyyətində olmadığını deyib.
R. Quliyevin rəhbərlik etdiyi TK-nın sədr müavini Akif Şahbazov da APA-ya açıqlamasında Y. Abbasovun tərəflərin kompromisə gəlməsi üçün dəfələrlə təşəbbüs göstərdiyini deyib: “Lakin biz artıq düşünürük ki, kompromisin perspektivi yoxdur”. Y. Abbasovun partiyadan gedəcəyi ilə bağlı məlumata gəldikdə, A. Şahbazov bundan xəbərsiz olduğunu qeyd edib: “Mən partiyanın istənilən üzvünün istefasına təəssüflənirəm. Uzun müddət birgə mübarizə aparan insanların mənzil başına çatmadan bizi tərk etmək barədə qərarına da hörmətlə yanaşıram. Təəssüf ki, hamı axıra qədər dözümlülük nümayiş etdirə bilmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR