Bank Of Baku

Daxili işlər naziri Ramil Usubov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Daxili işlər naziri Ramil Usubov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
# 01 mart 2007 16:11 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunu qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda sabitliyin bərpa edildiyini, kriminogen durumun nəzarətə götürüldüyünü vurğulayıb. R.Usubov DİN Daxili Qoşunlarının formalaşmasında, müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsində, bu kontekstdə dünya standartlarına cavab verən Qala Tədris Mərkəzində təlim prosesinin yüksək səviyyəyə çatdırılmasında Türkiyə Jandarm Qüvvələri Komandanlığının böyük zəhməti olduğunu deyib. Öz növbəsində, Hüseyn Avni Qarslıoğlu ölkəmizdəki diplomatik fəaliyyətində dövlətlərimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsinə töhfəsini verəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR