Bank Of Baku

Akif Şahbazov: “ Azadlıq blokunun Sədrlər Şurasının üzvləri siyasi əxlaqsızlıq edib“

Akif Şahbazov: “ Azadlıq blokunun Sədrlər Şurasının üzvləri siyasi əxlaqsızlıq edib“
# 01 mart 2007 16:15 (UTC +04:00)
“Rəsul Quliyevin “Azadlıq” blokunun Sədrlər Şurasına ünvanladığı məktuba cavab verilmədən onun qəzetdə dərc edilməsi siyasi əxlaqsızlıqdır”. Bu fikirləri APA-ya açıqlamasında Rəsul Quliyevin rəhbrlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov bildirib. O, bloka daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi məktubu Sərdar Cəlaloğluna çatdırmaqda ittiham edib: “Amma biz məktubun dərcindən narahat deyilik, amma məktubun müzakirəsini bir həftəyə başa çatdıra bilməyən adamlar onun məxfiliyini də saxlaya bilməyiblər. Belə olan halda bu insanlara inam və etibardan, əməkdaşlıqdan danışmağın özü perspektivsizdir. Əməkdaşlıq haqqında sazişin müddəaları və blokun fəaliyyət istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi qaydasına bu şəkildə münasibət davam edərsə, biz blokla əməkdaşlığın nəticəsiz olacağını düşünürük”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə APA-ya açıqlamasında blokun məktubu müzakirə edəcəyini bildirib. Həmin məktubu S. Cəlaloğluna çatdırmadığını deyən Ə. Əliyev məktubu ona oxuduğunu bildirib: “Sadəcə, Sərdar Cəlaloğlu həmin məktubla maraqlanıb, mən də telefon vasitəsi ilə məktubu ona oxumuşam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR