Bank Of Baku

Məzahir Pənahov Böyük Britaniyada səfərdədir

Məzahir Pənahov Böyük Britaniyada səfərdədir
# 02 mart 2007 12:31 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Böyük Britaniyaya səfərləri çərçivəsində ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) prezidenti Riçard Soudrilt, Böyük Britaniyanın Seçki Rəsmiləri Assosiasiyasının rəhbəri Con Körner ilə görüş keçiriblər. Bu barədə APA-ya R. Qasımov məlumat verib. Onun sözlərinə görə, MSK rəhbərliyinin Seçki Rəsmiləri Assosiasiyasının dəvəti çərçivəsində həyata keçirilən Böyük Britaniya səfər zamanı assosiasiyanın illik konfransında iştirak ediblər. Bundan başqa, M. Pənahov Britaniyanın Mərkəzi Seçki Komissiyasının sədri Sem Yanger ilə görüş keçirib. Görüş zamanı MSK-lar arasında əməkdaşlıq məsələləri müzakirə edilib. R.Qasımov bildirib ki, sabah Britaniyada keçirilən görüşlər başa çatacaq və MSK rəhbərliyi Azərbaycana qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR