Bank Of Baku

Qadınlar dünyanın siyasi arenasında

Qadınlar dünyanın siyasi arenasında
# 02 mart 2007 13:44 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatına daxil olan 192 dövlətdən 19-da ölkənin icraedici hakimiyyətinə qadın rəhbərlik edir. APA-nın məlumatına görə, hazırda Böyük Britaniya və Danimarkada ölkəyə kraliça başçılıq edir, Çili, Finlandiya, İrlandiya, Latviya, Liberiya, Filippin və İsveçrədə prezident postuna qadın seçilib, İsraildə isə prezidentin səlahiyyətləri müvəqqəti olaraq qadına tapşırılıb. Dünyanın altı ölkəsində - Almaniya, Yamayka, Yeni Zelandiya, Mozambik, Cənubi Koreya və Niderlandda baş nazir postunda qadın əyləşib. Dünya parlamentlərində qadınların təmsilçilik göstəricisi fərqlidir. Birpalatalı parlamentlərdə, yaxud parlamentlərin aşağı palatalarında deputatların 17,2 faizini qadınlar təşkil edir, yuxarı palatalarda qadın parlamentarların təmsilçilik faizi 15,9 faizdir. Qadınlar daha çox Skandinaviya ölkələrinin parlamentlərində təmsil olunublar. Bu ölkələrdə qadınların qanunverici orqanda təmsilçilik göstəricisi 40 faizə çatıb. Cənubi və Şimali Amerikada bu göstərici 21,7%, Avropa ölkələrində 17,4%, Afrikada 16,6%, Asiyada 16,4%, ərəb ölkələrində 9,3 faizdir. Dünyanın 19 ölkəsində qadınlar parlamentin ümumi tərkibinin 30 faizindən çoxunu təşkil edir. Ruanda parlamentinin 48,8 faizi, İsveç parlamentinin 45,3 faizini, Norveç parlamentinin 37,3 faizini, Finlandiya parlamentinin 37,5 faizini, Danimarka parlamentinin isə 26,9 faizini qadınlar təşkil edir. Bu göstəriciyə görə ABŞ dünya ölkələri sırasında 83-cü yeri tutur. Yalnız 11 ölkənin parlamentində qadınlar ümumiyyətlə təmsil olunmayıb . Bu ölkələr Bəhreyn, Qırğızıstan, Mikroneziya, Nauru, Nepal, Palau, Sent-Kitts və Nevis, Səudiyyə Ərəbistanı, Solomon adaları, Tuvalu və Birləşmiş Ərəb Əmirlikləridir. Bəzi ölkələrdə, məsələn, Səuidyyə Ərəbistanında qadınlar səsvermə hüququna malik deyil. 1977-ci ildə Peruda, 1971-ci ildə İsveçdə, 1945-ci ildə Yaponiyada qadınlara səsvermə hüququ verilib. Dünyaya ilk dəfə Danimarkada qadın hökumət üzvü seçilib. 1928-ci ildə Nina Benq ölkənin təhsil naziri təyin olunub. İlk qadın-prezident isə Argentinada seçilib, 1974-cü ildə keçirilən seçkilərdə İsabel Peron qalib gəlib. İndiyə qədər yalnız Andorra və Səudiyyə Ərəbistanında qadınlar heç zaman hökumətin tərkibində təmsil olunmayıblar. 1999-cu ildə isə hökumətdə təmsil olunan qadınların sayına görə İsveç hökuməti rekord müəyyənləşdirib. Hökumətin 20 üzvündən 9-u qadın olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR