Bank Of Baku

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP rayon təşkilatlarında konfranslar keçirəcək

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP rayon təşkilatlarında konfranslar keçirəcək
# 02 mart 2007 13:57 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsi martın 10-dan rayon təşkilatlarında konfranslar keçirməyə başlayacaq. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən daxil olub. 2 ay müddətində davam edəcək konfranslarda partiyanın növbəti qurultayına nümayəndələr seçiləcək, yerli təşkilatların rəhbərliyinə yeni seçkilər keçiriləcək və digər seçkili qurumlar formalaşdırılacaq. TK-dan bildirilib ki, 67 rayon təşkilatının 60-da konfranslar baş tutacaq. Digər təşkilatlarda isə ümumi yığıncaqların keçirilməsi nəzərdə tutulub. Növbəti qurultay konfranslar başa çatdıqdan sonra may ayında keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR