Bank Of Baku

“KazTransQaz-Tbilisi” şirkəti: “Azərbaycandan alınan qazın həcmi artdıqdan sonra tariflər azaldılacaq”

“KazTransQaz-Tbilisi” şirkəti: “Azərbaycandan alınan qazın həcmi artdıqdan sonra tariflər azaldılacaq”
# 02 mart 2007 14:27 (UTC +04:00)
Tiflis şəhərində təbii qazın orta tarif səviyyəsi 145 dollar təşkil edir. Bu barədə APA-nın Gürcüstan bürosuna “KazTransQaz-Tbilisi” şirkətinin baş direktoru Georgi Koiava məlumat verib. O, hazırda Rusiya və Azərbaycandan aldıqları təbii qazın orta tarif səviyyəsinin 145 dollar olduğunu, Azərbaycandan alınan qazın həcmi artdıqdan sonra tarifin azaldıla biləcəyini deyib. “KazTransQaz”ın baş direktoru Serik Sultanqaliyev isə Gürcüstan hökumətinin alternativ mənbələrdən qaz almağa çalışdığını bildirib: “Biz yaxın illərdə Gürcüstana Qazaxıstan qazının nəql olunacağını istisna etmirik. Ancaq onun qiyməti kifayət qədər yüksək olacaq”. S. Sultanqaliyevin sözlərinə görə, Gürcüstan “KazTransQaz” şirkəti ilə ortaqlıq qurduqdan sonra Tiflisin qazpaylayıcı şəbəkəsində vəziyyət köklü şəkildə dəyişib, qış fəsli qəzalar və fasilələr olmadan başa çatıb.
Qeyd edək ki, “KazTransQaz” Qazaxıstanın “KazMunayQaz” milli şirkətinin tərkibinə daxildir və Qazaxıstan qazının əsas nəql şəbəkəsinə nəzarət edir. 2006-cı ildə şirkət “Tbilqaz” qazpaylayıcı şəbəkəsinin səhmlərini alaraq “KazTransQaz-Tbilisi” şirkətini qurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR