Bank Of Baku

Seçici siyahılarının DSK-larda dəqiqləşdirilməsi sabah başa çatır

Seçici siyahılarının DSK-larda dəqiqləşdirilməsi sabah başa çatır
# 02 mart 2007 14:32 (UTC +04:00)
Dairə Seçki Komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş müddət sabah başa çatır. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, siyahılar DSK-larda təsdiqləndikdən sonra aprelin 5-nə kimi MSK-ya təqdim olunmalıdır. Bundan sonra 2 ay müddətində siyahılar MSK-da dəqiqləşdiriləcək. A. Sarıyev bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən siyahılar mayın 30-na kimi MSK-da təsdiq olunmalıdır. MSK-nın qərarından sonra ölkə üzrə seçicilərin sayı açıqlanacaq. Həmçinin siyahılar seçki məntəqələrində asılacaq və MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR