Bank Of Baku

Qəmzə Kona: “Türkiyə ilə Azərbaycan arasında dərhal təhlükəsizlik sazişi imzalanmalıdır”

Qəmzə Kona: “Türkiyə ilə Azərbaycan arasında dərhal təhlükəsizlik sazişi imzalanmalıdır”
# 02 mart 2007 14:41 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna Türkiyə Hərbi Akademiyalarının müəllimi, dosent Qəmzə Kona verib. Regional təhlükəsizlik məsələləri ilə bağlı türk və ingilis dilində kitabların müəllifi olan Qəmzə Kona “böyük dövlətlər” adlanan ölkələrin Ermənistanın işğalçılıq siyasətinin qınamadığını deyib. “Buna görə də Ermənistanın manevr sahəsi genişdir. ATƏT-in Minsk Qrupunun fəaliyyətini bir yana qoyaq, Türkiyə dövlətlərarası münasibətləri gücləndirib Azərbaycana dəstəyini mümkün qədər artırmalıdır. Bir neçə dövlətin bir araya gəlib Ermənistana sanksiya tətbiq edəcəyi inandırıcı deyil. Türkiyə proseslərə müdaxilə edərək Ermənistana təzyiqi gücləndirməli və paralel olaraq Azərbaycana hərtərəfli yardım etməlidir”. Gəmzə Kona Türkiyə ilə Azərbaycan arasında çoxşaxəli təhlükəsizlik sazişləri imzalanması zərurətinin yarandığını deyib: “Çünki Ermənistan ilə Rusiya arasında 4-5 il əvvəl imzalanmış hərbi ittifaq paktı var. Buna bənzər bir pakt Yunanıstanla Kiprin cənub hissəsi arasında imzalanıb. Süleyman Dəmirəlin vaxtında ortaya atılan “Qafqaz təhlükəsizlik paktı” adlı sənəd 5 dəfə dəyişikliyə məruz qaldı. Bu pakt həyata keçirilmədi, çünki Ermənistan və Rusiya bunu istəmədi. Bu ölkələr Türkiyə və Azərbaycanın müqavimətini görməkdən çəkinirlər. Hesab edirəm ki, Türkiyə və Azərbaycan arasında təhlükəsizlik sazişi dərhal imzalanmalı və qüvvəyə minməlidir. Azərbaycanın təhlükəsizliyinin qayğısına qalmaq Türkiyənin borcudur. Azərbaycanda neft çıxarıldığına görə böyük dövlətlər ölkənizdə öz maraqlarını qorumağa çalışacaqlar. Azərbaycanla Türkiyə arasında imzalanacaq sazişin adı o qədər mühüm deyil, bu sazişin imzalanması önəmlidir. Niyə Ermənistanla Rusiya arasında bu tip saziş var, Türkiyə ilə Azərbaycan arasında isə yoxdur? Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Orta Şərqin və Qafqazın təhlükəsizliyi üçün önəmlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR