Bank Of Baku

Ümid Partiyası heç bir blokda təmsil olunmayacaq

Ümid Partiyası heç bir blokda təmsil olunmayacaq
# 02 mart 2007 14:50 (UTC +04:00)
“Azərbaycanda indiyə qədərki bloklaşma siyasəti prinsip etibarilə özünü doğrultmadığı üçün cəmiyyət tərəfindən də ciddi qəbul olunmur. Çünki hər bloklaşmadan sonra cəmiyyətdə daha ciddi parçalanma yaranır və partiyalar da ittihamlarla üz-üzə qalır”. Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib. Müxalifətin yeni blokunun yaradılması istiqamətində Klassik Xalq Cəbhəsi Partiyasının cəhdlərini qəbul etmədiyini deyən İ. Ağazadə öz təklifləri ilə çıxış etdiklərini söyləyib: “Buna baxmayaraq, yaxın vaxtlarda Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə görüşüb, məsələnin mahiyyətini aydınlaşdıracaq, hansı tip əməkdaşlığa üstünlük veriləcəyini müzakirə edəcəyik. Prinsip etibarilə bloklaşmanın tərəfdarı olmasaq da, məsləhətləşmənin tərəfdarıyıq və hesab edirik ki, Azərbaycanın siyasi partiyaları mütəmadi olaraq məsləhətləşmələri davam etdirməlidir. Hər bir məsləhətləşmə cəmiyyəti problemlərin həllinə doğru bir addım yaxınlaşdırır”. O, yeni yaradılacaq qurumun blok olduğu təqdirdə, orada təmsil olunmayacaqlarını da deyib: “Əgər bu, bloklaşma olacaqsa, orada təmsil olunmayacağıq. Çünki biz bloklaşmanı Azərbaycan cəmiyyəti üçün perspektivli siyasi qurum hesab etmirik. Ümid Partiyasının strategiyası budur ki, siyasi partiyaların və müxalifətin vahid namizədi olmaqdansa, hakimiyyətə alternativ kimi baxan, iqtidarın dəyişməsini arzulayan insanların namizədi olmaq daha yaxşıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR