Elmar Məmmədyarov: “Ermənistanın siyasi iradə nümayiş etdirəcəyinə inanmaq istəyirəm”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun APA-ya eksklüziv müsahibəsi
- Azərbaycanın xarici siyasətində bu ilin prioritetləri nədir? Prezident İlham Əliyevin bu il səfər edəcəyi ölkələr sırasında hansı dövlətlər üstünlük təşkil edəcək?
- Ölkəmizin milli maraqlarına xidmət edən xarici siyasət prioritetləri, əsas inkişaf istiqamətləri dəyişməz qalır. Sözsüz ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, həmçinin, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi və həyata keçirilən irimiqyaslı iqtisadi layihələrin gələcəkdə daha da genişləndirilməsi Azərbaycanın xarici siyasət kursunun ana xəttini təşkil edir. Azərbaycan Qərb və Şərqin qovuşduğu mühüm strateji-coğrafi məkandakı mövqeyindən maksimum bəhrələnməlidir. Biz Avropa və Avro-Atlantik strukturlara inteqrasiya siyasətini həyata keçiririk. Bu istiqamətdə Avropa Birliyi ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının qəbul edilməsi, NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində bu qurumla da münasibətlərini uğurla inkişaf etdirməsi strateji əməkdaşlığın məntiqi davamıdır. Eyni zamanda, Azərbaycan şərq ölkələri, xüsusi ilə də İslam Konfransı Təşkilatına üzv olan ölkələrlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Bildiyiniz kimi, ölkəmiz bu il İslam Konfransı Təşkilatında sədrlik edir. Bu fürsətdən istifadə edərək, Bakıda cari ilin aprel ayında “Dini dözümlük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda geniş konfransın keçirilməsi nəzərdə tutulub. İnanıram ki, bu konfrans həm İslam ölkələrinin, həm də dünya ictimaiyyətinin geniş marağına səbəb olacaq, mədəniyyətlərarası əlaqələrin inkişafına öz töhfəsini verəcək.
- Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunacağına ümidlər hələ varmı? Azərbaycan hansı güzəştləri mümkün sayır?
- Düşünürəm ki, münaqişənin “Praqa prosesi” çərçivəsində həll edilməsi üçün danışıqlar potensialı hələ tükənməyib. Biz Ermənistanın işğalçı qoşunlarının zəbt edilmiş ərazilərdən tamamilə çıxarılması və doğma torpaqlarından qovulmuş köçkünlərimizin öz yurd-yuvalarına qayıtması, normal həyat şəraiti ilə təmin edilməsindən sonra Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı icmalarına Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dünya praktikasında mövcud olan yüksək muxtariyyət təklif edirik. Əminəm ki, bu təklif özü-özlüyündə çox böyük kompromisdir. Mən Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirəcəyinə inanmaq istəyirəm.
- Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla növbəti görüşünüzdən sonra ölkə başçılarının görüşü baş tuta bilərmi?
- Bu ilin yanvarında Moskvada keçirilmiş görüşdə münaqişənin həllinə yönəlmiş əsas prinsiplər ətrafında kifayət qədər intensiv fikir mübadiləsi aparılıb. Biz müzakirə olunan məsələlərin çoxunu artıq razılaşdırmışıq. Təəssüf ki, Ermənistan kifayət qədər siyasi iradə nümayiş etdirmir, digər tərəfdən də xarici ölkələrdə yaşayan erməni diasporları münaqişənin həllinə mənfi təsir göstərib, süni maneələr yaradırlar. Hazırda tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər. Dövlət başçılarının baş tuta biləcək görüşü haqqında isə nazirlər səviyyəsində görüşlər və həmsədrlərin regiona nəzərdə tutulan səfərlərinin nəticələrinə əsaslanaraq danışmaq olar.
- Azərbaycan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini niyə aktiv tələb etmir? GUAM ərazisində “dondurulmuş münaqişələr” məsələsi BMT Baş Assambleyasının müzakirəsinə nə zaman çıxarılacaq, qətnamənin mətni hazırdırmı?
- Mən sualın bu cür qoyuluşu ilə razılaşa bilmirəm. Azərbaycan prezidenti cənab İlham Əliyev, XİN rəhbərliyi, həmçinin, ölkəmizin BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən bu istiqamətdə ötən illər ərzində gərgin iş aparılıb. Elə münaqişənin həll edilməsi məqsədi ilə aparılan danışıqlar prosesi də eyni məqsədə yönəlib. GUAM ölkələri “dondurulmuş münaqişələr” problemindən əziyyət çəkir. Həm Azərbaycan tərəfindən, həm də GUAM çərçivəsində BMT-yə üzv ölkələrin nümayəndələrinin bu problem barədə dolğun və dürüst məlumatlandırılması üçün bütün münasib məqamlardan səmərəli istifadə etməyə çalışmışıq. GUAM-ın Nazirlər Şurasının “dondurulmuş münaqişələrə” dair 2006-cı ilin dekabrında Brüsseldə qəbul edilmiş birgə Bəyanatı, ATƏT-in Nazirlər Şurasının 14-cü toplantısı və BMT Baş Assambleyasının sessiyaları zamanı GUAM ölkələrinin nümayəndələri tərəfindən səsləndirilmiş bəyanatlar kimi mühüm sənədlər qəbul edilib. GUAM ölkələri səylərini yenə də davam etdirir və artıq öz aralarında məsələnin BMT Baş Assambleyasının iş prosedurundan asılı olaraq, bu ilin sentyabrına qədər Assambleyada müzakirəyə çıxaracaqları barədə razılığa gəliblər.
- Qazaxıstana səfərinizi necə qiymətləndirirsiniz? Səfər çərçivəsində hansı sahələrə aid sənədlər imzalanıb?
- Qazaxıstan 1992-ci ildə Azərbaycanın suverenliyini tanıyıb, qarşılıqlı diplomatik əlaqələr yaradan ölkələrdəndir. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq siyasi, ticarət-iqtisadi, maliyyə-bank sistemi, neft-qaz sənayesi, təhsil, mədəniyyət və bir çox digər sahədə uğurla inkişaf edir. Hazırda ölkələrimiz arasında ümumilikdə 88 sənəd imzalanıb. Bundan əlavə, ötən il Qazaxıstan Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinə qoşuldu və indi bizim ortaq maraqlarımızın dairəsi daha da genişlənib.
Bu il iki dövlət arasında diplomatik əlaqələrin yaradılmasından 15-ci il ötür. Bununla bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Son səfərim çərçivəsində isə iki ölkənin hökumətləri arasında ticarət, nəqliyyat, maliyyə, hüquq-mühafizə orqanlarının əməkdaşlığı sahəsində mövcud sazişlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, vətəndaşlarımızın qarşılıqlı vizasız gediş-gəlişini təmin etmək barədə, həmçinin, iki ölkə arasında tərəfdaşlığa dair iki sənəd imzalanıb. Hazırda il ərzində keçiriləcək mədəni tədbirlərin layihəsi üzərində müzakirələr aparılır.
Bu və ya digər inkişaf təcrübəsindən istifadə etməyə gəldikdə, Azərbaycanın və hər bir ölkənin yerləşdiyi region və iqtisadiyyatının özünəməxsusluğunu nəzərə almaq vacibdir. Çünki hər bir dövlətin öz inkişaf yolu ayrı-ayrılıqda unikal bir təcrübədir. Eyni zamanda, Azərbaycan dövlətlər arasında müsbət təcrübə mübadiləsini əvvəllər də dəstəkləyib və gələcəkdə, zənnimcə, ölkəmizin sosial-iqtisadi inkişafında hər hansı münasib təcrübənin istifadə edilməsi də istisna deyil.
- GUAM-ın bu il Bakıda keçiriləcək sammitində hansı məsələlər prioritet olacaq? GUAM-ın sülhməramlı qüvvələrindən Dağlıq Qarabağda istifadə olunması imkanları varmı, ATƏT buna razılıq verə bilərmi?
- GUAM-ın əsas məqsədləri iştirakçı ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq və regional münasibətlərin möhkəmləndirilməsidir. GUAM ölkələrini birləşdirən oxşar problemlər və eyni çağırışlar var. Bu təşkilatı ən çox narahat edən üzv ölkələrin ərazi bütövlüyünə qarşı baş vermiş təcavüz faktlarıdır. Bu baxımdan, qurumun əvvəlki müxtəlif formatlı toplantılarında olduğu kimi, Bakıda keçiriləcək sammitdə “dondurulmuş münaqişələrin” həlli problemi, sabitliyin tam bərqərar olmasına mane olan təhdidlərin aradan qaldırılması yolları müzakirə ediləcək. Həmçinin, parlamentlərarası münasibətlər, humanitar, iqtisadi və enerji təhlükəsizliyi sahələrini əhatə edən məsələlər də sammitin aktual mövzularından olacaq. O ki qaldı Dağlıq Qarabağda GUAM sülhməramlılarından istifadə olunması məsələsinə, qeyd etmək istərdim ki, Ermənistan işğal etdiyi ərazilərimizi tamamilə azad etdikdən sonra, Azərbaycan Dağlıq Qarabağda təhlükəsizlik tədbirlərinin aparılmasının əleyhinə çıxış etmir. Lakin bu tədbirlərdə ATƏT və münaqişə tərəflərinin nümayəndələrinin iştirak etməyəcəkləri barədə anlaşma var.
- Azərbaycanın bu il hansı xarici ölkələrdə diplomatik nümayəndəliklərinin açılması gözlənilir?
- Xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinin sayının artması bizə öz xarici siyasətimizi həyata keçirmək, vətəndaşlarımızın hüquq və maraqlarının müdafiə edilməsi, ən əsası isə Ermənistanın ölkəmizə qarşı təcavüzü və törətdiyi ağır cinayətlərin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq üçün daha geniş imkanlar yaranır. Ötən il Azərbaycanın İndoneziya, Mərakeş, Koreya və Malayziyada səfirlikləri, həmçinin, Dubayda konsulluğu, Liviyanın Tripoli şəhərində Misirdəki səfirliyimizin, Ciddə şəhərində isə Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyimizin ofisləri fəaliyyətə başlayıb. Artıq Çexiya və Niderlandda yeni səfirlər təyin olunub. İsveç, Xorvatiya, Litva, Qatar, Suriya, Qırğızıstan, Tacikistan, Argentina və Meksikada səfirliklərimizin təsis olunması haqqında da Milli Məclis tərəfindən müvafiq qərar çıxarılıb. /APA/

Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq