Bank Of Baku

Azərbaycanın xarici işlər naziri BMT İP-nın Avropa və MDB üzrə Regional Bürosunun direktorunu qəbul edib

Azərbaycanın xarici işlər naziri BMT İP-nın Avropa və MDB üzrə Regional Bürosunun direktorunu qəbul edib
# 02 mart 2007 15:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT İnkişaf Proqramının (İP) Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Kori Udovikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xaric İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, xanım K. Udoviki ölkəmizin BMT İP ilə əməkdaşlıqda bir sıra müsbət addımlar atdığını diqqətə çatdırıb. O, həmçinin, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri, apardığı siyasəti alqışlayıb, neft gəlirlərinin düzgün idarə edilməsi və qeyri-neft sektorunun inkişafına sərf edilməsini müsbət qiymətləndirib. Qonaq bu iqtisadi inkişaf sayəsində ölkəmizin humanitar yardımların adresatından donor ölkəyə çevrilməsi istiqamətində səylərini qeyd edib. Öz növbəsində, E. Məmmədyarov Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların ölkədəki sosial rifahın yüksəldilməsinə, təhsil və informasiya texnologiyaları sahələrinin inkişafına yönəldiyini diqqətə çatdırıb. Nazir ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu regional layihələr haqda məlumat verib, Azərbaycanın regionda lider dövlət olduğunu vurğulayıb. O, Azərbaycanın donor ölkəyə çevrilməsi istiqamətində səylərinin artırılması üçün BMT İP ilə əməkdaşlığı davam etdirməyə ehtiyac duyulduğunu bildirib. Daha sonra Azərbaycanda insan resurslarının inkişaf etdirilməsi, aqrobiznesin inkişafı, kiçik və orta sahibkarlığın formalaşdırılmasında BMT İP-ın təcrübəsindən istifadə edilməsi, yoxsulluğun azaldılması kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR