Bank Of Baku

Türkiyədə Robert Köçəryanla bağlı prokurorluğa şikayət edilib

Türkiyədə Robert Köçəryanla bağlı prokurorluğa şikayət edilib
# 03 mart 2007 08:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, Böyük Hüquqçular Birliyinin sədri, vəkil Kamal Kerinçsiz Xocalı soyqırımı ilə bağlı Robert Köçəryan və daha 77 nəfər haqqında prokurorluğa şikayət edib. K. Kerinçsiz şikayətində 1992-ci il fevralın 26-da Xocalıda baş verən kütləvi qırğında 613 nəfərin öldürüldüyünü qeyd edib. O, münaqişə zamanı itkin düşən 5 minə yaxın Azərbaycan vətəndaşının taleyinin hələ də naməlum olduğunu vurğulayıb. Vəkil bildirib ki, Xocalı soyqırımı və ermənilərin törətdiyi terror aksiyaları birbaşa Robert Köçəryanın təlimatı ilə qanunsuz silahlı dəstələr tərəfindən həyata keçirilib. O, prokurorluqdan bütün bunları nəzərə alaraq R. Köçəryan və daha 77 nəfər şübhəli şəxsin “soyqırım həyata keçirmək”, “insanlığa qarşı cinayət törətmək” və “ağır işgəncələr vermək” ittihamı ilə cəzalandırılmasını istəyib.
Qeyd edək ki, Kamal Kerinçsiz Türkiyənin tanınmış vəkillərindən biridir. Məhz onun şikayəti əsasında erməni dilində nəşr olunan “Aqos” qəzetinin baş redaktoru Qrant Dink türklərə həqarət etmək ittihamı ilə mühakimə olunmuşdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR