Bank Of Baku

Amerika-Azərbaycan Cəmiyyəti Vaşinqtonda ABŞ Konqresinin hər iki palatasının təmsilçiləri üçün toplantı keçirib

Amerika-Azərbaycan Cəmiyyəti Vaşinqtonda ABŞ Konqresinin hər iki palatasının təmsilçiləri üçün toplantı keçirib
# 03 mart 2007 08:44 (UTC +04:00)
Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyəti “Öhdəliklərdən Strateji Əməkdaşlığa” mövzusunda ABŞ Konqresinin hər iki palatasının təmsilçiləri üçün toplantı keçirib. APA-nın ABŞ bürosunun məlumatına görə, görüşdə Konqresin əməkdaşları ilə yanaş, Pensilvaniya ştatından Nümayəndələr Palatasına seçilmiş Bil Şuster, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev və “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltz iştirak ediblər.
Qeyd edək ki, konqresmen B. Şuster bu ilin fevralında Xocalı soyqırımının 15 illiyi ilə bağlı Aşağı Palatada geniş nitqlə çıxış edib. Tədbirin digər iştirakçısı Montana Universitetinin professoru Tomas Qoltz isə 1992-ci ildə jurnalist kimi hadisə yerindən Xocalı soyqırımının işıqlandırılmasında iştirak edib.
Amerika-Azərbaycan Cəmiyyətinin sədri T. Azəri çıxışında bildirib ki, onlar bundan sonra da Amerika qanunvericilərini Xocalı soyqırımı və Dağlıq Qarabağ konflikti barədə məlumatlandırmağı davam edəcəklər: “Bunun gələcəkdə qanunvericilik işində və iki ölkə arasında əməkdaşlığın dərinləşməsində köməyi olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR