Bank Of Baku

Güney Azərbaycan İstiqlal Partiyası İran ərazisində türk toponimlərinin dəyişdirilməsinə etiraz edir

Güney Azərbaycan İstiqlal Partiyası İran ərazisində türk toponimlərinin dəyişdirilməsinə etiraz edir
# 03 mart 2007 09:17 (UTC +04:00)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) İran ərazisində Azərbaycan türklərinə məxsus toponimlərin dəyişdirilməsi ilə bağlı bəyanatla çıxış edib. GAİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Azərbaycan türklərinin adıçəkilən ərazilərdə min illərdir yaşadığı qeyd olunur və UNESCO-nun bununla bağlı apardığı tədqiqatlara diqqət yönəldilir: “UNESCO tarixçiləri Azərbaycanda və Şərqdə türklərin 7500 ildən çoxdur yaşadığını sübuta yetiriblər və beləliklə, Azərbaycan türklərinin bu bölgənin ilk sakinləri olmasını təsdiqləyiblər. Ancaq bu inkarolunmaz faktlara baxmayaraq, fars şovinistlərinin təsiri altında müxtəlif kürd təşkilatları Azərbaycan ərazilərinə iddia irəli sürürlər. Bu qruplar Güney Azərbaycanın bölgələrinə saxta kürd adlarının verilməsindən çəkinməli, Azərbaycan torpaqları hesabına “Böyük Kürdüstan” təbliğatına son qoymalıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR