Bank Of Baku

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında sərbəst toplaşma və siyasi dialoq məsələləri müzakirə olunacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında sərbəst toplaşma və siyasi dialoq məsələləri müzakirə olunacaq
# 03 mart 2007 09:17 (UTC +04:00)
Bu barədə APA-ya ATƏT-in baş ofisindən məlumat verilib. Yığıncağın gedişində birləşmə və sərbəst toplaşma azadlıqları yolunda çətinliklər və yeni imkanlar, eləcə də plüralist cəmiyyətdə medianın rolunun müzakirə ediləcəyi üç sessiya keçiriləcək. Bu mövzularla bağlı ATƏT ölkələrində cəmiyyətin dövlət həyatında fəal iştirakının təmin olunmasında mətbuatın, müxtəlif insan azadlıqlarının təminatı ilə bağlı vəziyyətin yaxşılaşdırılmasında isə qeyri-hökumət təşkilatlarının oynayacağı rol, hökumətlə vətəndaş cəmiyyəti arasında münasibətlər, müxtəlif siyasi qüvvələr arasında dialoqa nail olunması və digər məsələlər diqqət mərkəzində olacaq. 29-30 mart tarixlərində keçiriləcək yığıncaqda Azərbaycanın bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR