Bank Of Baku

Rəsul Quliyevi dəstəkləyən rayon təşkilatları konfranslara başlayıb

Rəsul Quliyevi dəstəkləyən rayon təşkilatları konfranslara başlayıb
# 05 mart 2007 09:33 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı rayon təşkilatlarında konfranslar keçirməyə başlayıb. Bu barədə APA-ya Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, ötən həftə sonu 7 rayon təşkilatında konfranslar keçirilib və qurultaya nümayəndələr seçilib. A. Quliyev qurultayların martın sonuna kimi davam edəcəyini bildirib. Partiyanın 60 yerli təşkilatının olduğunu vurğulayan A. Quliyev bunların 55-də heç bir problem olmadan konfrans keçirəcəklərini, digər rayonlarda isə təşkilatın yenidən qurulacağını deyib. Apreldə keçirilməsi nəzərdə tutulan qurultayın dəqiq vaxtı martın sonunda müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR