Bank Of Baku

Yeni Azərbaycan Partiyasının Quba və Tərtər rayon təşkilatlarına yeni sədr seçilib

Yeni Azərbaycan Partiyasının Quba və Tərtər rayon təşkilatlarına yeni sədr seçilib
# 05 mart 2007 09:56 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının Quba və Tərtər rayon təşkilatları hesabat-seçki konfransları keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, YAP Quba rayon təşkilatının konfransında 414 nümayəndə iştirak edib. Rayon təşkilatının sədri Hüseynağa Baxışov hesabat məruzəsi ilə çıxış edərək ötən müddət ərzində təşkilatın sıralarının xeyli genişləndiyini deyib. Konfransda iştirak edən YAP İdarə Heyətinin üzvü Abel Məhərrəmov və digərləri çıxış edərək ölkədə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrindən danışıblar. Rayon təşkilatı sədrliyinə keçirilən seçkilər zamanı Fuad Orucov açıq səsvermə yolu ilə sədr seçilib. Bundan başqa konfransda 45 nəfərdən ibarət Şura, 17 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərlik nəzarət-təftiş qrupu formalaşdırılıb. YAP-ın Tərtər rayon təşkilatının konfransında çıxış edən təşkilat sədri Karrar Bayramov ötən müddət ərzində görülmüş işlərlə bağlı məruzə edib. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə və Siyasi Şuranın digər üzvü Vüqar Rəhimzadə konfransda çıxış ediblər. Rayon təşkilatının sədri postuna keçirilən seçkilər nəticəsində Ramiz Şabanov yeni sədr seçilib. Konfrans nümayəndələri həmçinin rayon təşkilatının 45 nəfərdən ibarət Şurasını, 15 nəfər tərkibdə İdarə Heyətini və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunu seçiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR