Bank Of Baku

Gürcüstan, Moldova və ABŞ Rusiyadan separatçı rejimlərə yardımı dayandırmağı tələb edir

Gürcüstan, Moldova və ABŞ Rusiyadan separatçı rejimlərə yardımı dayandırmağı tələb edir
# 05 mart 2007 10:16 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə həmin ölkələrin ATƏT-dəki missiyaları Vyanada təşkilatın Daimi Şurasında təkliflə çıxış edərək Rusiyanı separatçı rejimlərə maliyyə yardımını kəsməyə və beynəlxalq ictimaiyyətin nəzarəti altında regionların iqtisadi inkişafına xidmət edən layihələrə qoşulmağa dəvət ediblər. Moldovanın Xarici İşlər və Avrointeqrasiya Nazirliyindən verilən məlumata görə, GUAM və ABŞ Rusiyanın Dnestryanı bölgədə, Cənubi Osetiya və Abxaziyada fəaliyyətindən narahatlıqlarını bəyan edib: “Moskvada tanınmamış respublikaların liderlərinin rəsmi qaydada qəbul olunmaları, onlarla prezident kimi danışıqların aparılması bu münaqişələrdə tamamilə bitərəf mövqe tutmalı olan vasitəçi kimi Rusiyanın statusu ilə ziddiyyət təşkil edir". Gürcüstan, Moldova və ABŞ Rusiyanın insanın təməl haqları və azadlıqlarının kütləvi surətdə pozulduğu regionlara nəzarət edən Tiraspol, Sxinvali və Suxumi rejimləri tərəfindən təşkil olunmuş qondarma referendum və seçkilərə dair aydın olmayan mövqeyini” başa düşmədiklərini bildirib. Nümayəndə heyətləri Rusiyanın artıq bir ildir ki, dalana dirənmiş Dnestryanı danışıqlarında separatçıların masa arxasına qayıtmaları üçün kifayət qədər səy göstərmədiyini bəyan ediblər. GUAM və ABŞ isə Rusiyanı ATƏT-in 1999-cu il İstanbul sammiti zamanı üzərinə götürdüyü öhdəliyə uyğun olaraq qoşunlarını və silahlarını Moldova və Gürcüstan ərazisindən çıxarmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, təkcə 2006-cı ildə Rusiya Dnestryanı separatçlarına 40 milyon dollar maliyyə yardımı edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR