Bank Of Baku

Rumıniya prezidenti Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsini istəyir

Rumıniya prezidenti Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsini istəyir
# 05 mart 2007 10:20 (UTC +04:00)
Rumıniya prezidenti Trayan Basesku Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinin tərəfdarıdır. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Rumıniya prezidenti bu barədə hökumətin iclasında bildirib. T. Basesku ölkənin xarici öhdəliklərinin yerinə yetirilməsi məsələsindən narazı olduğunu da bəyan edib. O, buna misal olaraq ötən ilin yazında Çinə etdiyi rəsmi səfəri göstərib. Ümumiyyətlə isə Rumıniya prezidenti müxtəlif dövlətlərlə əldə olunmuş razılıqların ölkə hökuməti tərəfindən həyata keçirilməsində lənglik göstərildiyini bəyan edib. Prezident Çinlə xarici ticarət dövriyyəsinin kifayət qədər olmadığını qeyd etməklə yanaşı, Azərbaycan, Misir və Qatarla əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR