Bank Of Baku

Seçici siyahılarının MSK-ya təhvil verilməsi prosesi başlayıb

Seçici siyahılarının MSK-ya təhvil verilməsi prosesi başlayıb
# 05 mart 2007 10:54 (UTC +04:00)
Ölkə üzrə seçici siyahılarının Dairə Seçki Komissiyaları (DSK) tərəfindən dəqiqləşdirilməsi başa çatıb və siyahıların Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması prosesi başlanıb. Bu barədə APA-ya MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq martın 5-nə kimi DSK-larda siyahıların dəqiqləşməsi başa çatıb: “Artıq seçici siyahıları “Seçkilər” İnformasiya Mərkəzinə daxil olub və biz mərkəzləşmiş şəkildə onu çap etmişik. Növbəti mərhələdə isə həmin siyahılar MSK tərəfindən təsdiq olunacaq və qurumun internet səhifəsinə yerləşdiriləcək”. İ. Babayev bu prosesin mayın 30-dək yekunlaşacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR