Bank Of Baku

Məzahir Pənahov Böyük Britaniya Seçki Rəsmiləri Assosiasiyasının illik yığıncağında iştirak edib

Məzahir Pənahov Böyük Britaniya Seçki Rəsmiləri Assosiasiyasının illik yığıncağında iştirak edib
# 05 mart 2007 10:55 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Böyük Britaniya Seçki Rəsmiləri Assosiasiyasının (SRA) dəvəti ilə fevralın 25-dən martın 3-dək Böyük Britaniyada səfərdə olub. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən daxil olub. Səfər zamanı MSK sədri Brayton şəhərində Seçki Rəsmiləri Assosiasiyasının 20-ci ildönümünə həsr olunmuş illik yığıncaq və konfransda iştirak edib. Assosiasiyasının illik yığıncağı və konfransı zamanı bir sıra praktiki məsələlərlə bağlı təcrübə mübadiləsi aparılıb, M. Pənahov tədbir zamanı təşkil olunmuş, dünyanın aparıcı istehsalçılarının iştirak etdiyi “Seçki avadanlıqları və materialları” sərgisində iştirak edib. Səfər zamanı MSK sədri Böyük Britaniya MSK-sının sədri Sem Yanqerlə, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Prezidenti Riçard Saudrietlə və Böyük Britaniya Seçki Rəsmiləri Assosiasiyasının sədri cənab Con Törnerlə görüşlər keçirib. Hər üç görüş zamanı qarşılıqlı əməkdaşlıq və onun gələcək perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Səfərdə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR