Bank Of Baku

2006-2007-ci maliyyə ilində Pentaqonun hərbi xərcləri bütün dünya üzrə ümumi hərbi xərclərin 40%-i qədər olub

2006-2007-ci maliyyə ilində Pentaqonun hərbi xərcləri bütün dünya üzrə ümumi hərbi xərclərin 40%-i qədər olub
# 05 mart 2007 11:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SİPRİ) illik hesabatında qeyd olunub. SİPRİ-nin məlumatına görə, hərbi xərclərinə görə dünya ölkələri arasında ABŞ liderdir. Pentaqonun 2006-2007-ci maliyyə ilində hərbi xərcləri 518 mlrd. dollar olub ki, bu da bütün dünya üzrə ümumi hərbi xərclərin 40%-i deməkdir. Hərbi sahəyə ayırdığı vəsaitə görə, ikinci yeri 48,3 mlrd. dollar vəsaitlə Böyük Britaniya tutub. Qeyd edək ki, ikinci yerlə bağlı SİPRİ və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) məlumatları arasında fərqlər var. Belə ki, CİA ABŞ-dan sonra ikinci yerdə 80 mlrd. dollar hərbi xərclə Çini göstərib. Halbuki SİPRİ rəsmi Pekinə istinadən 2006-cı ildə Çinin hərbi xərclərinin 36,7 mlrd. dollar olduğunu bəyan edir. SİPRİ-nin məlumatlarına görə, siyahıda üçüncü yerdə 45-46 mlrd. dollar hərbi xərcləri ilə Fransa, sonrakı yerdə isə 44 mlrd. dollarla Yaponiya gəlir. Yaponiya əvvəlki illərlə müqayisədə, siyahıda iki pillə geriləyib. Birinci onluğa Almaniya, İtaliya, Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Rusiya daxildir. Rusiyanın ötən il hərbi xərcləri 24 mlrd. dollar olub (2007-ci ildə 32,5 mlrd. dollar). Dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə, ABŞ, Çin, Hindistan, Rusiya, Venesuela, Argentina və Çili fərqlənir.
SİPRİ-nin məlumatlarına görə, 2006-cı ildə MDB ölkələrində hərbi xərclər ümumilikdə 21% artıb. MDB məkanında Rusiyadan sonra hərbi sahəyə ayrılan vəsaitlərin artımına görə Gürcüstan liderdir. Hesabat dövründə Gürcüstanın hərbi xərcləri əvvəlki illə müqayisədə, 5 dəfə artaraq 341 mln. dollara (ÜDM-in 5%-ni təşkil edib) çatdırılıb. Üçüncü yerdə 2 dəfə artımla Qazaxıstan gəlir. Rəsmi Astananın hərbi xərcləri 1,22 mlrd. dollar təşkil edib. Sonrakı yeri Özbəkistan (902 mln. dollar), Azərbaycan (800 mln. dollar) və Türkmənistan tutur. MDB-də hərbi sahəyə ən az vəsait ayıran ölkələr Tacikistan (52,2 mln. dollar) və Qırğızıstandır (40,4 mln. dollar). /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR